Rusiya Ukraynanın bugünkü itkilərini açıqladı

Bu gün Rusiya Aerokosmik Qüvvələri Ukrayna qoşunlarının 86 obyektini vurub.
ONN media xəbər verir ki, bu açıqlama ilə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov çıxış edib.
“Operativ-taktiki, ordu və pilotsuz təyyarələr Ukrayna Silahlı Qüvvələrinin 86 obyektini, o cümlədən dörd komanda-idarəetmə mərkəzi və rabitə mərkəzini, üç zenit-raket kompleksini, bir radiolokasiya stansiyasını, bir elektron döyüş stansiyasını, üç silah-sursat anbarını və yanacaq sisternlərini vurub”, - Konaşenkov deyib.