SON DƏQİQƏ: ruslar Ukraynanın bu şəhərini İŞĞAL ETDİ

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətini tam ələ keçirərək nəzarət altına alıb.
ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.
“Rusiya Federasiyasının silahlı qüvvələri Xerson vilayətinin bütün ərazisini tam nəzarətə götürüb” - o vurğulayıb.
Nazirlik rəsmisi əlavə edib ki, DXR qoşunları hücumu davam etdirərək Ukrayna ordusunun müdafiəsini yarıb və Panteleymonovka yaşayış məntəqəsini nəzarətə götürərək Verxnetoretskoye-Novoselovka-2 xəttinə çatıb.