Lavrovdan Türkiyə ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Türkiyə və İsrailin vasitəçiliyinə münasibət bildirib.
O, bu barədə RBC telekanalına müsahibəsində deyib.
“Əlbəttə, müharibəyə qoşulmayan ölkələrin, o cümlədən Türkiyənin vasitəçiliyini müsbət qiymətləndiririk”, - Lavrov qeyd edib.
Rusiyanın baş diplomatı vurğulayıb ki, vasitəçiliklə bağlı İsveçrədən də təkliflər gəlir. Nazir Rusiya əleyhinə sanksiyalara qoşulmuş ölkələrin vasitəçiliyindən imtina etdiyini söyləyib.
O əlavə edib ki, Vaşinqton Rusiya Federasiyası ilə əməkdaşlığa görə Çin, Hindistan, Misir, Türkiyə və digər ölkələrə təzyiq göstərməyə çalışır: “ABŞ səfirlərinə müvafiq ölkələrin liderlərini Rusiya ilə əməkdaşlıqdan çəkindirmək tapşırılıb”.
Lavrovun sözlərinə görə, 100-dən çox Türkiyə vətəndaşı Mariupoldadır, Ukrayna tərəfi onların humanitar dəhlizlərdən keçməsinə icazə vermir.
