"Azərişıq"dan Xırdalandakı qəza ilə bağlı AÇIQLAMA

"Azərişıq"dan Xırdalandakı qəza ilə bağlı AÇIQLAMA

"Azərişıq" ASC bu gün Abşeron rayonunun Xırdalan şəhərində baş vermiş qəza ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki, bu gün günorta saatlarında Xırdalan yarımstansiyasında qısaqapanma nəticəsində qəza baş verib və qəza nəticəsində ərazidə elektrik enerjisi təchizatında problem yaranıb.

Hadisədən dərhal sonra əraziyə qəza xidməti cəlb edilib və qısa zamanda qəzanın nəticələri aradan qaldırılıb. Bu müddət ərzində isə alternativ xətlə abunəçilərin elektrik enerjisi təchizatı bərpa edilib.

Geri qayıt