ABŞ Rusiyaya qarşı koalisiyanı genişləndirir

ABŞ administrasiyası Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrin koalisiyasını genişləndirməyə çalışır.
ONN media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi məlumat verib.
“Biz Rusiyaya və onun rəhbərliyinə qarşı uzunmüddətli nəticələr əldə etmək üçün tərəfdaşlarımız və müttəfiqlərimizlə koordinasiyalı şəkildə işləməyə davam edəcəyik. Biz də bu cür məhdudiyyətlər tətbiq edən ölkələrin koalisiyasını genişləndirmək üzərində işləyirik”, - ABŞ rəsmisi bildirib.