Rusiya yük təyyarəsi sanksiyalara baxmayaraq bu ölkəyə UÇDU

Rusiya yük təyyarəsi sanksiyalara baxmayaraq bu ölkəyə UÇDU

Rusiya yük təyyarəsi Avropa İttifaqının sanksiyalarına baxmayaraq, Moskvadan Slovakiyaya uçaraq geri qayıdıb.

ONN media xəbər verir ki, bunu "Flightradar24"-dan əldə edilən məlumatlar sübut edir. 

Xüsusilə, martın 17-də “Volqa-Dnepr” yük şirkətinə məxsus "RA-76511" Rusiya qeydiyyatlı yük təyyarəsi Moskvadan Slovakiyanın paytaxtı Bratislavaya uçub. Sonra Moskvaya qayıdıb.

Fevralın 28-də xarici işlər naziri Dmitri Kuleba Slovakiya da daxil olmaqla 32 ölkənin səmanı Rusiya təyyarələri və aviaşirkətləri üçün bağladığını bildirib. 

Volqa-Dnepr dünyanın ən böyük "An-124 Ruslan" təyyarə parkını idarə edən Rusiyanın nəhəng yük aviaşirkətidir. 

Martın 17-də "Deutsche Welle" xəbər yayıb ki, "Volqa-Dnepr" təyyarələri uçuşları tamamilə dayandırıb.

Aİ-nin sanksiyalarından yan keçən Rusiya təyyarəsinin Rusiyanın paytaxtından Slovakiyanın paytaxtına necə uçması hələlik məlum deyil. 

Geri qayıt