Rus aviaşirkəti işçilərini məcburi məzuniyyətə göndərdi

Rus aviaşirkəti işçilərini məcburi məzuniyyətə göndərdi

Rusiyanın Ural Hava Yolları şirkəti işçilərini məcburi məzuniyyətə buraxıb.

ONN media xəbər verir ki, bu barədə şirkətdən RİA-ya məlumatı təsdiqləyiblər.

Bildirilib ki, məzuniyyətə buraxılan əməkdaşların əmək haqqının 2/3 hissəsinin ödənilməsi təmin ediləcək.

Məcburi məzuniyyətin nə qədər davam edəcəyi bilinmir.

Qeyd edək ki, sanksiyalar səbəbindən Ural Hava Yollarının xaricə bütün uçuşları ləğv edilib

Geri qayıt