Zelenski 4 yaşayış məntəqəsini “qəhrəman şəhər” adlandırdı

Zelenski 4 yaşayış məntəqəsini “qəhrəman şəhər” adlandırdı

Ukraynanın daha 4 yaşayış məntəqəsinə “qəhrəman şəhər” fəxri adı verilib.

ONN media  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski fərman imzalayıb.

Fərmana əsasən, “qəhrəman şəhər” fəxri adı Kiyev vilayətinin Buça, İrpen şəhərləri, həmçinin Nikolayev vilayətinin eyniadlı şəhəri və Sum vilayətinin Axtırka şəhərlərinə verilib.

Qeyd edək ki, daha öncə V.Zelenski Xarkov, Çerniqov, Mariupol, Qostomel, Volnovaxa və Xersona da “qəhrəman şəhər” fəxri adını verib.

Geri qayıt