Ukraynadan təxliyə olunanların sayı açıqlandı

Ukraynada yüksək rütbəli bir məmur bu gün humanitar dəhlizlər vasitəsilə ölkənin şəhərlərindən 5208 nəfərin təxliyə edildiyini, 1 gün əvvəl isə təxliyə edilənlərin sayının 7331 nəfər olduğunu bildirib.
ONN media bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Zelenskinin Ofis rəhbərinin müavini Kirilo Timoşenko isə qeyd edib ki, mühasirədə olan Mariupol şəhərini 4331 nəfər tərk edib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Mariupol şəhərini tərk etmək istəyənlər üçün Türkiyə ilə birlikdə çalışacaqlarını bəyan edib.