Ukraynaya daha 682 milyon ayrılır

ABŞ-ın 2023-cü il büdcəsi layihəsində Ukraynaya 682 milyon dollar yardım ayrılması nəzərdə tutulur.
ONN media xəbər verir ki, sözügedən məbləğ ötən ilkindən 219 milyon dollar çoxdur.
Qeyd olunub ki, vəsaitlər Rusiyanın zərərli təsirinə qarşı və ölkənin təhlükəsizlik, kibertəhlükəsizlik, enerji, dezinformasiya ilə mübarizə, makroiqtisadi sabitlik, vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsi sahəsində ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.