İbrahim Kalın: Putin Ərdoğanı dinləyir

İbrahim Kalın: Putin Ərdoğanı dinləyir

Ankara Moskvanın Krım və Donbasla bağlı tələblərini qeyri-real hesab edir
Rusiyanın Krımın ilhaqını və DXR və LPR-nin müstəqilliyini tanımaq tələblərini reallıqdan kənardır.

ONN media   xəbər verir ki, bunu Türkiyə Prezidenti Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

“Danışıqlarda ən çətin mövzular, əlbəttə ki, Ukraynanın ərazi bütövlüyü ilə bağlıdır. Ukrayna tərəfi Krım və Donbass məsələsində güzəştə gedə bilməz. Bunlar real olmayan çox maksimalist tələblərdir. Bu, birbaşa Ukraynanın ərazi bütövlüyü və suverenliyinə aiddir”, - Kalın bildirib.

İbrahim Kalın  əlavə edib ki, Moskva NATO-ya güvənmir və alyans üzvlərindən yalnız Türkiyə tərəfsizliyə riayət edir və bu da, bu ölkədə dialoqu mümkün edir. Kalın sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ərdoğanı dinləyir.

Geri qayıt