Millimiz bu gün Latviya ilə qarşılaşacaq

Maltada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.
ONN media xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Latviya ilə üz-üzə gələcək. Ta Qali şəhərindəki Milli Stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
29 mart
Yoldaşlıq oyunu
15:00. Azərbaycan - Latviya
Hakimlər: Trustin Farruca Kann, Luke Portelli, Dunkan Sultana, Andrea Skiriha
Malta. Ta Qali. Milli Stadion.