BMT-dən Qarabağ açıqlaması

BMT-dən Qarabağ açıqlaması

Qarabağda gərginliyin artması ilə bağlı xəbərlər narahatlıq doğurur, BMT üçtərəfli formatda, eləcə də ATƏT-in Minsk Qrupu tərəfindən gərginliyin azaldılması səylərini alqışlayır.

Bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Qarabağda gərginlik barədə xəbərlərdən narahatıq. Biz gərginliyin azaldılması üzrə üçtərəfli formatda və ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini alqışlayırıq", - deyə S.Düjarrik bildirib.

O əlavə edib ki, BMT bütün tərəfləri vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hər hansı hərəkət və bəyanatlardan çəkinməyə, eləcə də bütün məsələləri birbaşa dialoq yolu ilə həll etməyə çağırır.

Geri qayıt