Zelenskinin Krımdakı əmlakı milliləşdirilə bilər

Zelenskinin Krımdakı əmlakı milliləşdirilə bilər

Ukrayna Prezidenti Vladimir Zelenskinin Krımda olan əmlakı milliləşdirilə bilər.

ONN media xəbər verir ki, milliləşdirilməli olan əmlak siyahısına Zelenskinin Livadiyadakı (Qara dəniz sahilində şəhər tipli qəsəbə - red.) mənzilləri də daxil ediləcək.

Burada söhbət Vladimir Zelenskinin həyat yoldaşı Yelena tərəfindən 2013-cü ildə Krım hələ Rusiyanın tərkibinə daxil olmadığı dövrdə Yalta bölgəsində alınan mənzildən gedir. Həmin daşınmaz əmlakın mövcudluğu barədə 2019-cu ildə Ukraynada seçkiqabağı kampaniya zamanı məlum olub.

Geri qayıt