Ukrayna bu xəbəri təkzib etdi - YENİLƏNDİ

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Belqorod şəhərini atəşə tutması barədə rəsmi Moskvanın yaydığı məlumatı təkzib edib.
Bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, həmin hadisədə Ukrayna Silahlı Qüvvələrinin iştirakı olmayıb. (report)
***
Rusiyanın Belqorod şəhərindəki neft bazasında yanğın Ukrayna Silahlı Qüvvələrinə məxsus iki helikopterin endirdiyi hava zərbəsi nəticəsində baş verib.
TASS xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib.
“Neft bazasında yanğın aşağı hündürlükdə Rusiya ərazisinə daxil olan Ukrayna silahlı qüvvələrinə məxsus iki helikopterin hava zərbəsi nəticəsində baş verib. Tələfat yoxdur”, - Qladkov yazıb.
xxx
08:00
Rusiyanın Belqoroddakı neft bazasında yanğın baş verib.
ONN media xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
"Belqorod şəhərində neft bazasında yanğın olub. Hadisə yerinə bütün fövqəladə xidmətlər gedib. Yanğının qarşısının alınması üçün tədbirlər görülür. Səbəblər araşdırılır. Zərərçəkənlər əgər varsa, bir az sonra təfərrüatlı məlumat veriləcək", -o bildirib.
Belqorod meri Anton İvanov özünün Telegram kanalında yazıb ki, o da hadisə yerinə gedib.