Jitomir vilayəti ruslardan azad edildi

Jitomir vilayəti ruslardan azad edildi

Jitomir vilayəti rus qoşunlarından azad edilib. 

Bu barədə Jitomir vilayətinin hərbi administrasiyasının rəhbəri Vitali Buneçko məlumat verib.

"Jitomir vilayətində düşmən dəf edildi, rusların bir hissəsi özbaşına getdi. Aprelin 4-nə olan məlumata görə, bölgədə Rusiya işğalçı qüvvələri yoxdur. İşğalçıların şəxsi evləri və meşələri minalayraq tərk etdiyini yerli əhalinin başa düşməsi vacibdir", - Buneçko deyib.

Vilayət rəhbəri əlavə edib ki, işğalçılar texnika və sursatlarını qismən rayon ərazisində qoyublar:

"İşğalçıların ölkədən çıxması yerdəyişmədir və rus qoşunları Ukraynanın dinc şəhər və kəndlərinə raket zərbələri endirməkdə davam edir".

Geri qayıt