Ruhi Əliyevanı şantaj edən şəxslər HƏBS EDİLDİ

Ruhi Əliyevanı şantaj edən şəxslər HƏBS EDİLDİ

Liatris Holding"in rəhbəri, iş qadını Ruhi Əliyevaya hədə-qorxu gələn şəxslərlə bağlı məhkəmə qərarı elan olunub.

ONN media  xəbər verir ki, R.Əliyevanı şəxsi həyatı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla hədələyən Xudaverdi Mütəllimov və İntiqam Səmədov barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib və həmin şəxslər məsuliyyətə cəlb ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Qərardan narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.

Geri qayıt