Rusiyadan Ukraynaya DƏHŞƏTLİ HÜCUM: Xeyli sayda ölü və yaralı var - YENİLƏNDİ

Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 35-ə yüksəlib.
Onlardan 4-nün uşaq olduğu bildirilir.
Məlumata görə, Kramatorsk dəmiryolu vağzalına düşən raket “Toçka U”dur.
xxx
12:59
Rusiya Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutub.
Bu barədə Ukrzaliznitsa” (“Ukrayna Dəmir Yolu”) ASC-nin İdarə Heyətinin rəhbəri Aleksandr Kamışin bildirib,
O qeyd edib ki, hadisə nəticəsində 30-dan çox sakin ölüb, 100-dən çox insan yaralanıb.