Bakıda özünü Xəzərə atan şəxs XİLAS EDİLDİ

Bakıda özünü Xəzərə atan şəxs XİLAS EDİLDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 50 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Bunu ONN media -ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər.

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Geri qayıt