Rusiya Müdafiə Nazirliyi vağzala hücumu İNKAR ETDİ
“Kiyev nümayəndələrinin Rusiya tərəfindən aprelin 8-də Kramatorsk şəhərindəki dəmir yolu vağzalına raket hücumu ilə bağlı bəyanatları təxribatdır”.
Bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, Rusiya Silahlı Qüvvələrinin aprelin 8-də Kramatorsk şəhərində hər hansı atəş tapşırığı olmayıb və planlaşdırılmayıb: "“Toçka-U” taktiki raketlərindən yalnız Ukrayna hərbçiləri istifadə edir".
Qeyd edək ki, bu gün Kramatorsk şəhərindəki dəmir yolu vağzalına raket hücumu olub. Hadisə nəticəsində 35 nəfər ölüb, 100-dən çox mülki vətəndaş yaralanıb.
