Akademiya rəisinin birinci müavini vəzifəsindən azad olundu

Akademiya rəisinin birinci müavini vəzifəsindən azad olundu

Hüquq elmləri doktoru, polis polkovniki Mahir Əhmədov Daxili İşlər Nazirliyinin Polis Akademiyası rəisinin birinci müavini vəzifəsindən azad olunub.

ONN media xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, M.Əhmədov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Geri qayıt