Conson Kiyevdə: Zelenski ilə kritik görüş

Böyük Britaniya Baş naziri Boris Conson gözlənilmədən Kiyevə səfərə gəlib.
Conson Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Tərəflər hərbi-siyasi əlaqələrin dərinləşdirilməsini müzakirə ediblər.
Görüşlə bağlı danışan Consonun sözçüsü bildirib ki, Böyük Britaniya yeni maliyyə və hərbi yardım paketini təqdim edəcək.