Ərdoğan Ərəbistana gedir

Ərdoğan Ərəbistana gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprel ayında Səudiyyə Ərəbistanına səfər edəcək.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, bu, son 4 ildə Ərdoğanın Ər-Riyada ilk səfəri olacaq.

Səfərlə bağlı hər hansı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, ötən günlərdə Türkiyə jurnalist Camal Qaşıqçının qətli ilə bağlı məhkəmə prosesini dayandıraraq onu Səudiyyə Ərəbistanına təhvil vermişdi.

Geri qayıt