Zelenski qalib gəlmək üçün lazım olan silahları açıqladı

Prezident Vladimir Zelenski dünya xalqlarını Rusiya təcavüzünü dayandırmaq üçün Ukraynaya təcili olaraq ağır artilleriya, ağır zirehli texnika, hava hücumundan müdafiə sistemləri və təyyarələrlə təmin etmək üçün öz ölkələrinin liderlərinə təsir göstərməyə çağırıb.
Bu barədə Zelenski Teleqramdakı videomüraciətində bildirib.
Zelenski qeyd edib ki, Rusiyanın Ukraynada dayanmaq fikri yoxdur.