Albaniyanın Baş naziri Azərbaycana gəlir

Albaniyanın Baş naziri Edi Rama Azərbaycana səfər edəcək.
Baş nazir sabah Türkiyə və Azərbaycana səfər edəcək.
Səfər çərçivəsində Edi Rama Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.
Aprelin 15-də isə Albaniya hökumət başçısı Türkiyəyə səfər edəcək və orada TUBİTAK-ın təmsilçiləri ilə görüşlər keçirəcək.