Gürcüstan nümayəndə heyəti Ukraynaya gedir

Gürcüstan nümayəndə heyəti Ukraynaya gedir

Gürcüstan parlamentinin səkkiz deputatından ibarət nümayəndə heyəti Ukraynaya yollanacaq.

ONN media xəbər verir ki, nümayəndə heyətinə spiker Şalva Papuaşvili başçılıq edəcək.

Heyətə vitse-spikerlər - David Sergeyenko, Arçil Talakvadze və Levan İoseliani, həmçinin deputatlar - Anna Natsvlişvili, Vaxtanq Maqrelişvili, Xatuna Samnidze və Giorgi Xocevanişvili daxil olacaq.

Nümayəndə heyətinin Ukraynaya sabah yola düşəcəyi gözlənilir.

Geri qayıt