Ovçuluq biletinin qiyməti ilə bağlı QƏRAR VERİLDİ

Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin,
xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Belə ki, dəyişikliklə ovçuluq biletinin qiyməti (tarifləri) dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb.