Rusiya Xarkovu vurdu: 5 ölü, 20 yaralı

Rusiya ordusu bu gün Xarkov şəhərinin mərkəzi hissəsini raket atəşinə tutub.
Bu barədə Xarkov vilayət administrasiyasından məlumat verilib.
“Raket zərbələri nəticəsində 5 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Hadisə yerində xilasedicilər işləyir”, - məlumatda qeyd olunub.
***
Raket atəşi nəticəsində yaralananların sayı 20 nəfərə çatıb.