İki ailə arasında kütləvi davada 11 nəfər xəsarət alıb

İki ailə arasında baş verən kütləvi dava zamanı 11 nəfər yaralanıb.
ONN media xəbər verir ki, Diyarbakırın Silvan şəhərində iki ailə arasında daş, bıçaq və silahlı dava zamanı 3-ü ağır olmaqla 11 nəfər yaralanıb.
Münar və Atağ ailələri arasında torpaq davası zəminində yaranan mübahisə tezliklə böyüyüb.
Daş, bıçaq və silahdan istifadə edilən davada 11 nəfər yaralanıb. Hadisə yerinə jandarma və tibb işçiləri göndərilib.
Jandarm əməkdaşları havaya atəş açaraq hər iki ailənin üzvlərini sakitləşdirməyə çalışıb.
Mübahisə zamanı xəsarət alan 11 nəfər xəstəxanaya çatdırılıb.