Çexiya Ukrayna tanklarını təmir edəcək

Çexiya döyüşdə zədələnmiş Ukrayna tanklarını və zirehli transportyorlarını təmir edəcək.
Bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib.
Çernoxova bildirib ki, ilk olaraq T-64 tankları, ardınca isə piyada döyüş maşınları təmir ediləcək.
O qeyd edib ki, Çexiya Ukraynanın döyüş maşınlarına texniki qulluq və təmir tələbi ilə müraciət etdiyi ilk ölkədir.
Ukrayna mediasının məlumatına görə, döyüş texnikalarının təmiri qonşu Slovakiyada da aparılacaq.