Sürücünü döyən məmurla bağlı DİN-dən açıqlama

Ötən gün Bakıda motosiklet sürücüsünü vuraraq təhqir edən "Leksus" markalı maşının sahibinin Prezident Administrasiyasının İşlər İdarəsinin əməkdaşı Sultan Dadaşov olması barədə mediada məlumatlar yayılıb. Bildiririk ki, bu məlumat sosial şəbəkələrdən götürülüb, rəsmi deyil.
ONN media bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
“Məsələ ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Hələ ki, rəsmi məlumat yoxdur”, - E.Hacıyev qeyd edib.