Türkiyənin bu qərarını anlayışla qarşılayırıq - Rusiya XİN

Türkiyənin bu qərarını anlayışla qarşılayırıq - Rusiya XİN

“Moskva Ankaranın Suriyaya uçuş üçün Türkiyə ərazisindən istifadə etməmək tələbini anlayışla qarşılayıb”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Əslində bir aydan çoxdur ki, Ankara bu marşrutdan istifadə etməmək xahişi ilə Rusiya tərəfinə üz tutub. Bu müraciətlərin səbəbləri bizə aydın idi. Hazırda bu marşrutdan Rusiya tərəfi faktiki istifadə etmir. amma hadisə bu günlərdə baş verməyib, bu məsələ təxminən 1 aydır var”, - deyə diplomatqeyd edib.

Xatırladaq ki, aprelin 23-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankaranın Suriyaya gedən Rusiya hərbi və mülki təyyarələri üçün hava məkanını bağladığını açıqlayıb.

Geri qayıt