Kılıç və Rubinyan bu tarixdə görüşəcək

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün vaxtı məlum olub.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, xüsusi nümayəndələrin növbəti görüşü mayın 3-də Vyanada baş tutacaq.
Qeyd edək ki, ötən il Ankara və İrəvan dialoq qurmaq üçün öz diplomatlarını təyin ediblər. Ermənistanı parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyəni isə ABŞ-dakı keçmiş səfir Sərdar Kılıç təmsil edir.