Daha bir rusiyalı oliqarx öldü: 6-cı müəmmalı hadisə...

Son 3 ayda "Qazprom” şirkəti ilə əlaqəsi olan 6 rusiyalı oliqarx müəmmalı şəkildə ölüb
Soçidə “Qazprom”a məxsus “Krasyana Polyana” xizək kurortunun meneceri Andrey Krukovskinin uçurumdan yıxılaraq ölüb.
Krukovski ərazidəki qədim "Açipse" qalasına gedərkən "bədbəxt hadisə ilə üzləşib". Belə ki, o, yarğandan yıxılaraq xəsarət alaraq dünyasını dəyişib. Ən maraqlısı odur ki, həmin kurortla yanaşı, çayın digər sahilində "Roza Xutor" və "Qazprom"un iki kurortu yerləşir.
"Krasnaya Polyana" Soçinin simvolu hesab edilirdi və ölkədə ən çox ziyarət edilən xizək kurortlarından birinə çevrilmişdi. İldə bir milyondan çox turist bu kurort mərkəzində istirahət edir.
Krukovski 2019-cu ildən “Krasno Polyana”ya rəhbərlik edirdi, 2015-ci ildən isə orada direktorlar şurasında idi.
Bildirilir ki, 37 yaşında dünyasını dəyişən Krukovski Rusiyada iri şirkətlərdə menecer olub və 2012-ci ildə Soçidə "Qazprom" obyektinə rəhbər təyin edilib.
“Qazprom” şirkəti ilə əlaqəsi olduğu güman edilən 6 rusiyalı oliqarxın son 3 ayda şübhəli şəkildə ölməsi naməlum olaraq qalır.
Qərb mediasında bu şəxslərin Moskva administrasiyası tərəfindən aradan qaldırıldığı iddiaları hələ də yer almaqdadır.
Krukovskinin özü də alpinist, xizəkçi və snoubordçu olub. 2016-cı ildə o, Afrikanın ən hündür stratovulkanına (müxtəlif təbəqələrdən ibarət və sıldırım forma ilə xarakterizə olunan vulkan) - Kilimancaroya (5895 m), 2017-ci ildə Rusiya və Avropanın ən yüksək dağ nöqtəsi - Elbrusa (5642 m) qalxıb.