Valeri Meladze və Vera Brejneva rusiyalı turistlər qarşısında çıxış etməkdən imtina ediblər

Rusiyalı müğənnilər Valeri Meladze və Vera Brejneva rusiyalı turistlər üçün Türkiyənin Port Nature Luxury Resort Hotel & Spa-da baş tutmalı olan konsertini ləğv ediblər.
Bu barədə "Beşinci Kanal" hotelin menecerinə istinadən xəbər verir.
“Onlar Türkiyəyə uçmaqdan imtina etdilər, ona görə də ləğv etdilər... Müğənnilərin özləri ləğv ediblər... Bütün konsertlər ləğv edildi", - hotelin meneceri bildirib.
Müsahib Vera Brejneva, Valeri Meladze və Ani Lorakın Rusiyadan gələn turistlər üçün çıxış etməli olduğunu təsdiqləyib.