Ərdoğan Makronla regional məsələləri müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Bu barədə "TRT Haber" bəlumat yayıb.
Məlumata əsasən, tərəflər telefon danışığı zamanı regional məsələləri, o cümlədən Ukraynadakı hadisələri müzakirə ediblər.
R.T.Ərdoğan bildirib ki, Türkiyə Ukraynadakı böhranın diplomatik yolla həlli üçün əlindən gələni edir.
