Ruslar təxliyə avtomobilini vurdu: ölü və yaralılar var
“Azovstal” ərazisindən mülki vətəndaşları çıxarmaq istəyən avtomobil rus hərbçiləri tərəfindən vurulub.
Bu barədə “Azov” alayı Teleqram kanalında məlumat paylaşıb.
“Avtomobil vətəndaşları zavodun ərazisindəm çıxarmaq üçün hərəkət edirdi. Avtomobilin atəşə tutulması nəticəsində “Azov” alayının 1 döyüşçüsü həlak olub, 6 nəfər isə yaralanıb”, - məlumatda qeyd olunub.
