Dövlət Xidməti 2 şirkətə qarşı iş qaldırdı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Duz İstehsalat Birliyi” QSC və “SunFood” MMC-yə qarşı antiinhisar qanunvericiyilinin pozulması əlamətləri üzrə iş qaldırıb.
ONN media bu barədə nazirliyə istinadən xəbər verir.
İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.
"Qanun pozuntusu halları ilə rastlaşan sahibkarlar 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və digər vasitələrlə Dövlət Xidmətinə müraciət edə bilərlər", - deyə qurum bəyan edib.