Şuşa daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək

Şuşa daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin parlament rəhbərləri Şuşaya səfər edəcək. 

Bu barədə Milli Məclisdən məlumat verilib.

İƏT PA-nın iclası orada davam etdiriləcək. 

Şuşaya İƏT PA-ya üzv Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Əfqanıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan parlament nümayəndə heyəti səfər edəcək.

Qeyd edək ki, İƏT PA-nın iclası ilk dəfədir Azərbaycanda keçirilir.

Geri qayıt