Lukaşenko Polşa səfirini vəzifədən çıxartdı

Lukaşenko Polşa səfirini vəzifədən çıxartdı

Belarusun Polşadakı səfiri Vladimir Çuşev vəzifəsindən azad edilib.

Bu barədə Belarus lideri sərəncam imzalayıb.

Qeyd edək ki, V.Çuşev 2019-cu ildə Polşaya səfir təyin edilib, 2020-ci ilin oktyabrında isə Minskə çağırılıb, ölkəni müvəqqəti işlər vəkili təmsil edib.

Polşa Ukraynanın müdafiəsində xüsusilə fərqlənən və Rusiya ilə bərabər, Belarusa qarşı da ən sərt mövqe nümayiş etdirən ölkələrdən biridir.

Geri qayıt