Qəbələdə ağır qəza: Yeznə və qayın öldü

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
ONN media xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qəbələ-Əmili avtomobil yolunda qeydə alınıb.
VAZ-2106 və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib.
Ölənlər VAZ-2106 markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Afiq Rafiq oğlu Məmmədov və onun sərnişini, 1978-ci il təvəllüdlü Cuma Abdulhəlim oğlu Mirzəliyevdir. Məlumata görə, ölənlər yeznə və qayındır. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.