“MakDonalds” Rusiya bazarını tamamilə tərk etdi

“MakDonalds” restoranlar şəbəkəsi Rusiya bazarını tamamilə tərk edir.
Bu barədə şirkət rəsmi bəyanat yayıb.
“Şirkət Rusiyadakı bütün restoranlarını yerli alıcıya satmaq niyyətindədir”, - məlumatda bildirilib.
Qeyd edək ki, Rusiyada ilk “MakDonalds” restoranı SSRİ-nin dağılmasından əvvəl, 1990-cı ilin yanvarında açılıb. Bu ilin martın 8-i isə “MakDonalds” Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Rusiyadakı 850 məntəqəsinin hamısını müvəqqəti bağladığını bildirmişdi.