Şəntopla TÜRKPA Baş katibi Bakıda görüşdü

Bakıda Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Sürreya Ər arasında görüş olub.
Bu barədə TBMM sədri Tvitterdə yazıb.
“Azərbaycana səfərimiz çərçivəsində TÜRKPA-nın Baş katibi Mehmet Sürəyya Əri Bakıda ziyarət etdik və onun işi ilə bağlı məlumat aldıq. Onlara və həmkarlarına ən xoş arzularımızı çatdırdıq”, - siyasətçi bildirib.