83-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Müharibənin 83-cü günü üçün Rusiya MN Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.
ONN media xəbər verir ki, bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 168 təyyarəsi, 125 helikopteri, 912 PUA-sı, 309 zenit-raket kompleksi, 3134 tank və digər zirehli texnikası, 385 reaktiv yaylım atəş sistemi, 1542 artilleriya və minaatanı, 2983 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.