Yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq

Mayın 20-də səhər saatlarında dağlıq ərazilərdən keçən magistral avtomobil yollarının bəzi hissələrində zəif duman ilə əlaqədar olaraq görmə məsafəsi 300-800 metrədək məhdudlaşacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.