İŞİD Kərkükə hücum etdi: ölənlər var

İŞİD Kərkükə hücum etdi: ölənlər var

İŞİD İraqın Kərkük şəhərinə hücum edib.

Terrorçular Taze rayonunun Sami əl-Asi kəndlərində buğda sahələrinə od vurublar. Yanğını söndürməyə gələn təhlükəsizlik qüvvələrinə və kənd sakinlərinə atəş açılıb.

Silahlı hücumda 3-ü polis olmaqla, 5 nəfər həyatını itirib.

Hücumdan sonra bölgəyə xeyli sayda təhlükəsizlik qüvvələri göndərilib, terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyatlar aparılır.

Geri qayıt