Şəkidə yük boşaldarkən “KamAZ” aşdı, sürücü xəsarət aldı

Şəkidə şəhər ərazisində yük boşaldarkən maşın aşıb.
“KamAZ”ın aşdığını görən sürücü, 1975-ci il təvəllüdlü Zaur Lətifov özünü maşından atmaq istəsə də, bunu reallaşdıra bilməyib və xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.