Ukraynanın güclü zərbələrlə hücuma keçəcəyi tarix...

Ukrayna ordusu Qərbin hərbi yardımının yeni hissəsini aldıqdan sonra ölkənin şərqində hərbi əməliyyatların gedişatı yaxın həftə ərzində dəyişəcək.
Bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuj deyib.
“Biz yeni silah ehtiyatları tədarük edirik. Hələ hamısı gəlib çatmayıb, amma yaxın həftədə ABŞ, Böyük Britaniya və digər ölkələrdən silahlar gələcək. Xüsusən raketlər vacibdir, “Uraqan”, “Smerç” kimi”, - Malomuj bildirib.
O bildirib ki, ukraynalı müdafiəçilər istənilən hədəfi vura biləcəklər:
“Severodonetsk, Kramatorsk, Lisiçansk yaxınlığında onların indi bağlamağa çalışdıqları marşrutların bütün istiqamətlərini, Xerson, Xarkovdakı hədəfləri uzaqmənzilli artilleriya sistemi, həm “Smerç”, həm də “Uraqan”la vura bilərik. Burada biz güclü zərbələr endirə, onları məhv edə, sonra isə çox güclü əks-hücumlar və ya taktiki hücum əməliyyatları həyata keçirə bilərik. Müharibədə dönüş nöqtəsi Ukrayna xüsusi təyinatlılarına öz gücünü göstərməyə imkan verəcək. Bu, Severodonetsk, Donetsk, Xerson, İzyum istiqaməti ola bilər”.(axar.az)