Zelenski AÇIQLADI: Hər gün cəbhədə...

Hər gün cəbhədə 60-100 arası əsgərimiz həlak olur.
ONN media xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O bildirib ki, hər gün 500 əsgər yaralanır:
“Hər gün 60-100 arası əsgərimiz həlak olur, 500 civarında əsgərimiz isə yaralanır. Vəziyyət çox ağırdır. Bu şəraitdə biz ölkəmizi müdafiə edirik”.
Prezidentin sözlərinə görə, ən çətin vəziyyət Ukraynanın şərqindədir - Donetskin cənubu və Luqanskda.