Ermənistanda 11 yaşlı uşaq minaya düşdü
Ermənistanın Göyçə vilayətində 11 yaşlı Genadi O. tank əleyhinə minaya düşüb.
ONN media xəbər verir ki, bu barədə “Şamşyan.com” məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün yerli vaxtla 15:00-da Çəmbərək kəndində baş verib.
Hadisə yerinə gələn polislər uşağın qalıqlarını tapıb. Faktla bağlı araşdırma aparılır.
